İosif Zusyeviç Tkaç () — Azərbaycan teatr aktyoru.

Həyatı İosif Tkaç 1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. 1997-ci ildən S. Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir.

Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb. Rolların arasında: Traktirşik (A. Ostrovski "Krasaves-mujçina"), Qulaməli (Hidayət "Mənzil"), Fuşe ("Napoleon I " F. Brukner), Selzdon (M. Freyn "Teatr"), Professor Əliquluzadə (Elçin "Poçt şöbəsində möcüzələr"), Yeger (Q. Qorin "Kral oyunları"), Padşax (Y. Çernyak "Vasilisa Prekrasnaya") kimi rolları qeyd etmək olar.

2024-cü ilin 22 oktyabr tarixində həyat yoldaşı ilə birlikdə qətlə yetirilib.

Filmoqrafiya Nigarançılıq (film, 1998)

İstinadlar

Xarici keçidlər Bakıda aktyor və arvadını qətlə yetirməkdə ittiham olunan şəxs məhkəmədə ifadə verib Bakıda aktyor və arvadının qətlində dəhşətli fakt

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Qətl qurbanları