Elnur Çingiz oğlu Məmmədli () — Azərbaycanı təmsil etmiş cüdoçu. 2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, ikiqat Avropa çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi.

Həyatı Elnur Məmmədli 29 iyun 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Polis Akademiyasına daxil olmuşdur. 2008-ci il Yay Olimpiya Oyunlarından sonra Azərbaycan Respublikası Daxili İşlər naziri Ramil Usubov tərəfindən Elnur Məmmədliyə polis baş leytenantı rütbəsi vermişdir.

Karyerası Elnur Məmmədli 2003-cü ildə Maştağa qəbəsində baş tutan Azərbaycan Çempionatında mübarizə apardı. Həmin turnirin final görüşündə İlqar İsrafilova məğlub olan 15 yaşlı Elnur Məmmədli Azərbaycan Çempionatının gümüş medalına sahib oldu.

2004-cü ilin mayında isə Elnur Məmmədli beynəlxalq turnirlərdə debüt etdi. Kiyev şəhərində baş tutan U-20 European Cup beynəlxalq turnirində mübarizə aparan Elnur Məmmədli final görüşündə Rusiya nümayəndəsi İvan Nifontova qalib gəldi və turnirin qalibi oldu.

Həmin ilin 2-4 iyulunda Niderlandın Rotterdam şəhərində mövsümün əsas turniri hesab olunan gənclər arasında Avropa Çempionatı baş tutdu. Elnur Məmmədli turnirin 1/16 final mərhələsində Belçija nümayəndəsi Torgal Asperta qalib gəldi və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Macarıstan nümayəndəsi Attila Fehér oldu. Bu görüşdə də Elnur Məmmədli rəqibi üzərində qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi İtaliya nümayəndəsi Gesualdo Scollo oldu. Üçüncü görüşündə də Elnur Məmmədli rəqibinə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Gürcüstan nümayəndəsi Qivi Demetraşvili oldu. Həmin görüşdə də rəqibi üzərində qələbə qazanan Elnur Məmmədli turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi Rusiya nümayəndəsi Kiril Denisov oldu. Final görüşündə də Elnur Məmmədli rəqibinə qalib gəldi və gənclər arasında Avropa Çempionatının qızıl medalına sahib oldu.

Kişilərin −73 Kq. turnirində Azərbaycanı Elnur Məmmədli təmsil etdi. Avqustun 11-də mübarizə aparan Elnur Məmmədli son Dünya Çempionatının finalçısı, həm də 2006-cı il Avropa Çempionatının qalibi idi. Elnur Məmmədli olimpiadanın 1/16 final mərhələsində Belçika nümayəndəsi Di Van Tiçelt ilə üz-üzə gəldi. Din Van Tiçelt apreldə Lissabon şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatının qalibi idi. Bu görüşdə Elnur Məmmədli rəqibi üzərində ipponla qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Belarus cüdoçusu Konstantin Semenov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci dəqiqəsinin tamamında referilər həm Məmmədli, həm də Semenova şido cərimə balı verdi. Görüşün 1:30-cu dəqiqəsində isə Elnur Məmmədli rəqibi üzərində ipponla qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Asiya Çempionatının qalibi Şimali Koreya nümayəndəsi Kim Çol-Su oldu. Görüşün 1:30-cu dəqiqəsində Elnur Məmmədli rəqibini osaehomi fəndinə saldı. Nəticədə Elnur Məmmədli rəqibi üzərində vaxtından əvvəl təmiz qələbə qazandı və olimpiadanın yarı-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi son Asiya Çempionatının qalibi İran cüdoçusu Əli Malumat oldu. Görüşün 2:00-ci dəqiqəsində Elnur Məmmədli rəqibi üzərində ipponla qələbə qazandı və Olimpiya Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi son Dünya Çempionatının qalibi Cənubi Koreya nümayəndəsi Van Ki-Çun oldu. Elnur Məmmədli həmin rəqibinə 2007-ci ilin sentyabrında Rio-de-Janeyro şəhərində (Braziliya) Dünya Çempionatının final görüşündə məğlub olmuşdu. Bu səfər isə final görüşü cəmi bir neçə davam etdi. Elnur Məmmədli final görüşünün 12-ci saniyəsində rəqibi üzərində ipponla qələbə qazandı və XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu. Elnur Məmmədli Olimpiya Oyunları tarixində beş görüşün hamısında vaxtından əvvəl qələbə qazanan birinci cüdoçu oldu. Elnur Məmmədli həm də Azərbaycanın Olimpiya Oyunları tarixində qızıl medal qazanan ikinci cüdoçu oldu (Nazim Hüsynovdan sonra). Təltifetmə mərasimi zamanı Elnur Məmmədliyə qızıl medalı Azərbaycan Prezidenti İlham Əliyev təqdim etdi.

2024-cü ili sentyabrın 14-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Elnur Məmmədli İctimai Şuranın sədri seçilib.

Uğurları SıraİlYarışŞəhərNəticə12004U-20 Europen Cup Ukrayna1.12004U-17 Avropa Çempionatı Niderland1.12004U-20 Europen Cup Polşa2.12004U-20 Avropa Çempionatı BolqarıstanPAT12005World Cup Rusiya5.12005World Cup Macarıstan2.12006World Cup Niderland3.12006World Cup Rusiya3.12006Avropa Çempionatı Finlandiya1.12006Gənclərin Dünya Çempionatı Dominikan Respublikası5.12007World Cup Fransa2.12007Avropa Çempionatı SerbiyaPAT12007World Cup İtaliya1.12007Dünya Çempionatı Braziliya2.12008World Cup Almaniya1.12008Avropa Çempionatı PortuqaliyaPAT12008World Cup Rusiya3.12008Olimpiya Oyunları Çin1.12010Qran-Pri TunisPAT12010World Cup Misir1.12010World Cup PortuqaliyaPAT12010Dünya Çempionatı Yaponiya5.12011World Masters Azərbaycan1.12011Qran-Pri Almaniya3.12011Avropa Çempionatı Türkiyə1.12011Grand Slam Rusiya5.12011Grand Slam Braziliya3.12011Dünya Çempionatı FransaPAT12011Grand Slam BƏƏ3.12012World Masters Qazaxıstan1.12012Qran-Pri Almaniya3.12012Grand-Slam Rusiya5.12012Olimpiya Oyunları Birləşmiş KrallıqPAT

Dövlət təltifləri Elnur Məmmədli Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycan idmanında xidmətlərinə görə bir dəfə ordenlə, bir dəfə isə medalla təltif edilib. 55x55px "Şöhrət" ordeni — Azərbaycan Prezidenti İlham Əliyevin 29 avqust 2008-ci il tarixli 3017 nömrəli Sərəncamına əsasən XXIX Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elnur Çingiz oğlu Məmmədli "Şöhrət" ordeni ilə təltif edildi. 55x55px "Hərbi xidmətlərə görə" medalı — 55x55px "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanın ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Elnur Çingiz oğlu Məmmədli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edildi.

Həmçinin bax Azərbaycan 2008 Yay Olimpiya Oyunlarında Azərbaycan 2012 Yay Olimpiya Oyunlarında

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi cüdoçuları Kateqoriya:Azərbaycanın olimpiya cüdoçuları Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Olimpiya qızıl medalına sahib Azərbaycan idmançıları Kateqoriya:2008 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Azərbaycanın əməkdar idman ustaları Kateqoriya:Cüdo üzrə Avropa çempionları