Ağamirzə (Ağamirzəli) Mirzəli (Mirzalı) oğlu Əhmədov () — Azərbaycan-Sovet dövlət və partiya xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1951–1953), Azərbaycan SSR ticarət naziri (1959–1963).
Həyatı Ağamirzə Əhmədov 1905-ci ildə Şamaxı qəzasının Əngəxaran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 13 yaşında atası vəfat etdikdən sonra işləməyə başlamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Ağamirzə Əhmədov komsomol sıralarına daxil olmuş, 1925-ci ildə isə Bakıda Sovet Partiya Məktəbində oxumağa göndərilmişdir. Burada oxuyarkən o, 1928-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir. 1929-cu ildə məktəbi başa vurduqdan sonra Basqal komsomol komitəsinin katibi, 1930–1931-ci illərdə Şamaxı rayon xalq maarif şöbəsinin müdiri, ardınca isə Azərbaycan K(b)P Şamaxı Rayon Komitəsinin təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Ağamirzə Əhmədov 1932–1934-cü illərdə Bakıda Marksizm-Leninizm İnstitutunda təhsil almış, sonra isə beş il Kürdəmir rayonundakı Mollakənd MTS-də siyasi şöbənin rəisi, Lənkəran, Zaqatala, Şamaxı rayonlarında rayon partiya komitələrinin katibi işləmişdir. 1939-cu ildə Moskvadakı oxumağa göndərilmiş, qayıtdıqdan sonra Azərbaycan K(b)P Əli Bayramlı Rayon Komitəsinin birinci katibi seçilmişdir.
Böyük Vətən müharibəsi illərində Ağamirzə Əhmədov Zaqafqaziya dəmir yolları siyasi şöbəsində işləməyə göndərilmiş, 1941–1943-cü illərdə burada rəis müavini olmuşdur. 1943-cü ildə Azərbaycan K(b)P Naxçıvan Vilayət Komitəsinin ikinci katibi seçilmiş, Bakı Şəhər Partiya Komitəsi nəqliyyat şöbəsinin müdiri, Azərbaycan K(b)P Quba rayon, 1949-cu ildən isə Kirovabad şəhər komitələrinin birinci katibi, Bakı Şəhər Partiya Komitəsinin katibi olmuşdur.
1951–1953-cü illərdə Ağamirzə Əhmədov Azərbaycan SSR Ali Sovetinin sədri seçilmiş və paralel olaraq 1952-ci ildə Bakı Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini təyin edilmişdir. Vilayət ləğv edildikdən sonra o, Azərbaycan SSR Nazirlər Soveti aparatında işləmişdir. 1954-cü ilin əvvəllərindən Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini, sonra isə sədri olmuşdur. 1963-cü ilədək o, Azərbaycan SSR ticarət naziri, ömrünün sonlarına yaxın vaxtlarda isə Azərbaycan SSR Nazirlər Soveti aparatında işləmişdir.
Ağamirzə Əhmədov 1955–1957-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Partiya Komitəsinin büro üzvü, 1956–1961-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, 1961–1964-cü illərdə isə Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. O, iki dəfə "Qırmızı əmək bayrağı", ikinci dərəcəli "Vətən müharibəsi", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. SSRİ Ali Sovetinin (3-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin deputatı (2–5-ci çağırış) deputatı seçilmişdir.
Ağamirzə Əhmədov 1964-cü ilin may ayında Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax Nəcməddin Əhmədov (əmisi oğlu) Birinci Fəxri xiyabanda dəfn olunanların siyahısı Azərbaycan SSR hökuməti (1959–1963)
Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin ikinci katibləri Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin sədrləri Kateqoriya:Bakı Vilayət Zəhmətkeş Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan SSR ticarət nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVIII konfransının nümayəndələri Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyətinin başçıları