Rafiq Babaş oğlu Feyzullayev () — Azərbaycan dövlət xadimi, Azərbaycanın xalq təhsili naziri (1989–1992), Azərbaycan Respublikası müdafiə nazirinin müavini (1992-ci ildən).

Həyatı Feyzullayev Rafiq Babaş oğlu 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur.

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir (1965).

1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

Xarkov Radiotexnika İnstitutunun aspiranturasında təhsil almışdır (1967–1970).

1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və topologiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti Komissiyasının sədri kimi fəaliyyət göstərib.

Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib. SSRİ KP‑nın XXVIII qurultayında Mərkəzi Nəzarət Komissiyasının üzvü seçilib.

Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin müavini (1983–1988), xalq təhsili nazirinin müavini (1988–1989) və təhsil naziri (1989–1992), Respublika müdafiə nazirinin hərbi tədris müəssisələri və xarici ölkələrdə təhsil alanlar üzrə müavini (15 sentyabr 1992-ci ildən 25 fevral 1993-cü ilədək), Elm və Texnika Komitəsinin sədr müavini (1992–1996) vəzifələrində işləmişdir.Azərbaycanın təhsil tarixinə aid suallar və cavablar — 240Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. "Təhsil" nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

1993–2001‑ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin müavini vəzifəsini icra edib.

Dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edib. 2001-ci il iyunun 17-də Şüvəlan qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib.ƏLİ İNSANOV KEÇMİŞ TƏHSİL NAZİRİNİN TÜRMƏDƏ ÖLDÜRÜLDÜYÜNÜ VƏ ÖZÜNÜN DƏ ÜRƏYİNİN SAĞLAM OLDUĞUNU DEY&

Rafiq Feyzullayev 70‑dən artıq elmi əsərin və tədris vəsaitinin müəllifi idi.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Kateqoriya:Azərbaycanın elm və təhsil nazirləri Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri