() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Şərqi Sibirin quru çınqıllı sahələrində, Avropa, Qərbi Asiya, Şimali Afrika və Makroneziyada yayılmışdır. Qafqazda 6, Azərbaycanda isə 1 növü məlumdur.
Botaniki xarakteristikası Hündürlüyü 1,5-2 m, dik qalxan budaqlara, üçər yarpaqlara malik olan koldur. Yarpaqcıqları tərs yumurtavari, oturaq, alt tərəfdən ipəkvari tükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri qızılı-sarı rəngdə olub, tək-tək salxımlarda yerləşir. Meyvələri avqust ayında yetişir. Paxlası xətvari, qara rəngli, tükcüklü olub, 3 sm uzunluqdadır.
Ekologiyası Bu növ şaxtaya, quraqlığa dözümlü və işıqsevəndir.
Azərbaycanda yayılması Mərkəzi Nəbatat bağında introduksiya edilmişdir.
İstifadəsi Dekorativ kol kimi dağlıq sahələrdə, bağ və parklarda istifadə oluna bilər. Yaxşı balverən bitkidir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:Avrasiya florası
