Qrabenvari çökəklik (, ) — uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Qrabenvari çökəkliyin inkişaf dövrü nisbətən qısa olur (bir neçə on milyon il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır. Formalaşması adətən vulkanizmlə müşayiət olunur.
Həmçinin bax Zirehlənmiş karst Zirehlənmiş relyef Zəlzələ ocağı
İstinadlar
Kateqoriya:Geomorfoloji terminlər