Kalsium laktat
Alınması Sənayedə preparatı almaq üçün süd turşusunun qıcqırma prosesindən istifadə edirlər. Şəkərli maddələr (nişasta, qlükoza) qıcqırma bakteriyaları təsirindən 50ºC-ə qədər temperaturda süd turşusuna çevrilir, alınan turşu isə kalsium-karbonatla neytrallaşdırılır. (C6H10O5)_n ->[{}\atop\ce{+nH2O}] n C6H12O6 -> 2n CH3-CHOH-COOH 2 CH3-CHOH-COOH + CaCO3 -> (CH3-CHOH-COO)2Ca{}+ CO2{}+ H2O
Fiziki — kimyəvi xassələri Preparat ağ narın tozvaridir. Havada kristallaşma suyunu tədricən itirir. Soyuq suda az, isti suda isə yaxşı həll olur. Spirtdə, efirdə, xloroformda çox az həll olur.
Tətbiqi Preparat kalsium ionlarının mənbəyi və allergiyaya qarşı maddə kimi həblər və məhlullar şəklində tətbiq olunur. Kalsium xloriddən fərqli olaraq, selikli qişalara qıcıqlandırıcı təsir göstərmir.
Ədəbiyyat https://ru.wikipedia.org/w/index.php?title=%D0%9B%D0%B0%D0%BA%D1%82%D0%B0%D1%82_%D0%BA%D0%B0%D0%BB%D1%8C%D1%86%D0%B8%D1%8F&action=edit http://www.etolen.com/index.php?option=com_content&view=article&id=650 https://www.webapteka.ru/drugbase/name2874.html https://en.wikipedia.org/wiki/Calcium_lactate
İstinadlar
Kateqoriya:Kalsium birləşmələri