thumb|200px|right|Kağız thumb|200px|right|Kağız dükanı Kağız — məktub yazmaq, şəkil çəkmək və ya nəyi isə qablaşdırmaq üçün istifadə edilən xüsusi sellüloz material.
Tarixi Kağız Çinin dörd möhtəşəm (barıt, kompas, kağız və kitab çapı) kəşflərindən biri sayılır. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb. Han sülaləsinin saray əyanı Çay Lon yazırdı ki, o, e.ə. 105-ci ildə tut ağacından kağız istehsal etmişdir. Çində ilk olaraq kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə edilirdi. Tan sülaləsi dövründə ilk tualet kağızı və kağız çay torba və qutucuqları meydana çıxır. Sun imperiyası dövründə ilk kağız pul əskinazı kəsilmişdir.
İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edilmişdir. Avropada ilk dəfə 1100-cü ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri fəaliyyətə başlamışdır.
Həmçinin bax Kağız formatı Berliner
İstinadlar
Xarici keçidlər
İlk kağız fabriki
Kateqoriya:Məişət əşyaları Kateqoriya:İnformasiya daşıyıcıları Kateqoriya:Dəftərxana ləvazimatları Kateqoriya:Çin ixtiraları Kateqoriya:Çap Kateqoriya:Dielektriklər Kateqoriya:Kitablar Kateqoriya:Kolleksiyaçılıq Kateqoriya:Paleoqrafiya Kateqoriya:Poliqrafiya Kateqoriya:Taxta Kateqoriya:Təsviri sənət materialları