Qubaxəlilli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Qubaxəlilli kənd inzibati ərazi dairəsində kənd.
İsmayıllı şəhərindən 33 km cənubda, Bakı–Tiflis yolunun 182-ci km, Ağsu–Qaraməryəm tirəsinin ətəyində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur.
Qəsəbədə icra hakimiyyəti binası, tam orta məktəb, xəstəxana, tibbi yardım məntəqəsi, mədəniyyət evi, məscid, ticarət mərkəzi vardır. Əhatə etdiyi kəndlərlə birlikdə ərazisi 9570.0 ha-dır. Ərazidə qeydiyyatda olan 2349, hazırda yaşayan əhalinin sayı 1749 nəfərdir. Kənddə 561 ailə təsərrüfatı, 448 ev vardır.
Əhalisi Əhalisi (Çərmədil kəndi ilə birlikdə) 2083 nəfər. ki onunda 1019 nəfəri kişi, 1064 nəfəri qadındır.
Tanınmış şəxsləri Məmmədxanov Sahir Polad oğlu — Azərbaycan Respublikası Vergilər Nazirinin 1-ci müavini. Tağıyev Ruslan Fuad oğlu — Azərbaycan Respublikası Ordusunun şəhid polkovnik leytenantı.
Arxeoloji tapıntılar Qəsəbədən 2 km cənub-qərbdə Girdimançayın sağ sahilində e.ə. 3-cü əsr və eramızın 2-ci əsrinə aid qədim qabiristanlıq var. Arxeoloji tədqiqatlar zamanı müxtəlif əşya və alətlər aşkar edilmişdir.
Şəhidlər Qadir Kərim oğlu Bayramov (1966–28.12.1993). Sahib Məhəmməd oğlu Həsənov (1971–01.01.1994). Arif Fətəli oğlu Hüseynov (1966–18.03.1994). Elşad Ənvər oğlu Dünyamalıyev (1973–14.01.1994). Nazim Dursun oğlu Orucov (1967–19.01.1994). Saməddin Rasim oğlu Qafarov (1993–28.09.2020). Səlimzadə Kənan Məmiş oğlu (25.11.1997–03.11.2020).
İstinadlar
Həmçinin bax
Kateqoriya:İsmayıllı rayonunun kəndləri