Muxtar Muxtaroviç Maqauin (; ) — Sovet və qazax yazıçısı, nasir, publisist, tərcüməçisi, qazaxların folklor irsinin tədqiqatçısı, filologiya elmləri doktoru.
Qazaxıstanın xalq yazıçısı (1996). Qazaxıstan SSR Abay adına Dövlət mükafatı (1984) və "Türk dünyasına xidmətlərinə görə" Beynəlxalq mükafatı (1997) laureatı. Həyatı Muxtar Maqauin Abak Kerey tayfasının Jastaban soyundan gəlir.
1962-ci ildə Əl-Farabi adına Qazax Dövlət Milli Universitetini, 1965-ci ildə isə aspiranturanı bitirib. "Qazax ədəbiyyatı" qəzetində ədəbi tənqid şöbəsinin müdiri vəzifəsində çalışıb.
1997-ci ildə Türkiyə Sənətkarlar və Yazarlar Vəqfinin "Türk Dünyasına Xidmətlərinə görə" beynəlxalq mükafatını almışdır. Mükafat M.Maqauinə 1998-ci il mayın 7-də Ankarada Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl tərəfindən şəxsən təqdim edilmişdir.
O, Somerset Moemin seçilmiş hekayələr toplusunu (1968), Henri Haqqardın "Kral Süleymanın mədənləri" romanını (1975), Nikolay Poqodinin "Kreml zəngləri" pyesini və başqalarını qazax dilinə tərcümə edib.
O, 9 yanvar 2025-ci ildə ABŞ-nin Merilend ştatında 84 yaşında vəfat edib.
Əsərləri "Ağ qar" (1969), "Mavi duman" ("Көк мұнар", 1972), "Qardaşlar və Bacılar" (1974), "Köpəyin ölümü" (1978), "Tazının ölümü" ("Тазының өлімі", 1978), "İlanlı yay" (1984), "Lirik təxribat" (1986), "Bahar qarı" (1990), "Qazaxıstan tarixinin əlifbası" ("Қазақ тарихының әліппесі", 1993) "Qıpçaq gözəli" ("Қыпшақ аруы"), "Kobızın nəğmələri", "Qobız və nizə", daha doğrusu "Qobızın əks-sədası/melodiyası" ("Қобыз сарыны"; 1968, görkəmli qazax jırauax: xanəndələri, eləcə də akınlar/şairlər haqqında monoqrafiya), "Qeyri-müəyyən zaman" (dilogiya), "Şahan-Şer pələng adam", "Tək atanın övladları" ("Бір әкенің балалары"), "Qazax Ordası" tarixi kitabı, "Şınqıs xan" ("Шыңғыс хан", tetralogiya 4 cilddə; ilk dəfə 2011-2016-cı illərdə Almatıda nəşr edilmişdir; 1-2011, 2-2013, 3-2014, 4-2016). 13 cilddə toplu əsərləri (Almatı, "Kaqanat" nəşriyyatı, 2002) 26 cilddə toplu əsərləri (qzax dilində, Merilend, "Magauin Publishing" nəşriyyatı, 2020) Tənqid Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, rus tarixçisi A.V.Qrozin Maqauini, Rusiyanın "tarixi" düşməni Cunqarıstanı qazaxlara qarşı "təhrik" ideyasını fəal şəkildə təbliğ etdiyi üçün tənqid edir.Грозин А. В. Мифологизаторство в современной историографии Казахстана: политологический аспект проблемы // Вестник Московского государственного гуманитарного университета им. М. А. Шолохова. История и политология. — 2010. — № 2. — С. 114. Mükafatları 1970 — "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı. 1984 — "Alasapıran" tarixi roman-diologiyasına görə Abay Qazaxıstan SSR Dövlət mükafatı. 1996 (10 dekabr) — "Qazaxıstanın Xalq yazıçısı" fəxri adına layiq görülmüşdür. () — за большой вклад в отечественную литературу. 1997 — Türkiyə Sənətkarlar və Yazarlar Vəqfinin "Türk Dünyasına Xidmətlərinə görə" beynəlxalq mükafatını almışdır. Mükafat M.Maqauinə 1998-ci il mayın 7-də Ankarada Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl tərəfindən şəxsən təqdim edilmişdir. 2005 — "Parasat" ordeni. İstinadlar
Xarici keçidlər
Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Əl-Fərabi Qazax Milli Universitetinin məzunları Kateqoriya:Qazaxıstan şairləri Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:XXI əsr publisistləri Kateqoriya:Parasat ordeni kavalerləri Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Qazaxıstan yazıçıları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:SSRİ publisistləri