Tuayev Kazbek Əlirza oğlu () — sovet futbolçusu, sağ cinah hücumçusu, Azərbaycan futbol mütəxəssisi, SSRİ idman ustası (1963).

Kazbek Əlirza oğlu Tuayev Ələt qəsəbəsində anadan olmuşdur.

Xalq Təsərrüfatı və Bədən Tərbiyəsi institularını bitirmişdir.

"Neftçi" komandasının heyətində SSRİ çempionatının bürünc medalını qazanmış, adı 3 dəfə SSRİ-nin ən güclü 33 futbolçusunun siyahısına düşmüş, SSRİ milli komandasında çıxış etmiş, məşqçi karyerası ərzində klublarda və Azərbaycan milli komandasında müxtəlif uğurlu nəticələr qazanmış, "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

4 dəfə dünyanın ən böyük ölkəsinin formasını geyinib. 1964-cü ildə İspaniyada keçirilən Avropa çempionatına da yollanıb. Ancaq zədə ucbatından meydana çıxa bilməyib. Tuayev həm futbolçu, həm də məşqçi karyerasını demək olar ki, Azərbaycan futboluna həsr edib. Onun rəhbərliyi altında neçə-neçə oyunçu futbolun sirlərini öyrənib. Müstəqillik dövründə UEFA kubokunda Azərbaycanı ilk dəfə təmsil edən "Turan"ın baş məqşçisi Tuayev olub (1994-cü il). Azərbaycan klubları UEFA kubokunda ilk qələbəni də məhz onun rəhbərliyi altında qazanıb (Neftçi – Lokomotiv Sofiya 2:1). Elə milli komandamız da rəsmi oyunlarda ilk xallarını məhz Kazbek Tuayevin dövründə qazanıb:

1977-ci ildə "OİK Bakı" komandasının məşqçisi olub.

Əfsanəvi qapıçı Lev Yaşin onun haqqında bu fikirləri səsləndirib: "Bir çox hücumçulara qarşı oynamışam. Ancaq ən çox ehtiyat etdiyim hücumçu Kazbek Tuayev olub. Onun meydanın hansı hissəsindən və nə vaxt topa zərbə endirəcəyini müəyyənləşdirmək çox çətin idi. Üstəlik, onun zərbəsindən sonra top da olduqca qəribə trayektoriya cızırdı".

2002-ci ildən prezident təqaüdçüsüdür.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Alaniya FK məşqçiləri Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:Alaniya FK futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının məşqçiləri Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Spartak-Nalçik FK futbolçuları