Xirəki qala divarları — Azərbaycanın Dağlıq Şirvan iqtisadi rayonunun İsmayıllı rayonunun Sulut kəndi istiqamətində yerli əhəmiyyətli arxeoloji abidə.
Abidənin yerləşdiyi yer Sulut kəndinin şimalındakı dik yamacların üstündə yerləşir. Sahəsi 100 hektara yaxın təşkil edir. Ərazinin şimal sərhədi təbii keçilməz meşəli dağlarla əhatə olunur. Ərazidə əsasən armud bağları salınmışdı. Həmçinin, ərazi əkin, biçənəcək və otlaq yeri kimi istifadə edilmişdir.
Qala divarları və bürclərin qalıqları Xirəkçinin cənub kənarları boyu, qərbdən Sulut çayının əmələ gətirdiyi daşlı-qayalı sıldırım dağların ətəklərindən başlayaraq, şərqdə Eşid və Sanqo dərəsi, həmçinin, Mahmud yeri adlı sahəyə qədır dik yamacların başı ilə uzanıb gedərək, aydın şəkildə izlənir.
Daş divarın qalığı sahənin ən hündür yerində yerləşir. Oraya sadəcə “Qala”, ondan xaricdəki yamac sahəyə isə “Qala-altı” deyirlər. Həmin qala deyilən yerin üstü nisbətən geniş və düzən sahədən ibarətdir ki, və ora “Qasım bağı” və ya “Qasım yeri” adlanır. Orada qala divarları uzanan tirənin üstünü fındıq, alça, qoz ağacları və kol-kos basmış, və hətda divarların üstündə iri ağaclar bitmişdir. Ağac və kollar qırılıb yol açıldıqdan sonra divarlarda ikitərəfli deşiklərin olduğu görsənir.
Memarlıq Tarixi Mənbə
Həmçinin bax
Kateqoriya:İsmayıllı rayonunun qalaları Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri