Qəmzə Nur Yaman (, ) — Türkiyəli qadın futbolçu. Türkiyənin Trabzonspor klubunun qadınlar komandasında və qadınlardan ibarət Türkiyə milli komandasında qapıçı kimi çıxış edir.
Həyatı Qəmzə Nur Yaman 25 aprel 1999-cu ildə İstanbulun Qaziosmanpaşa rayonunda anadan olmuşdur. Futbola marağı gənc yaşda formalaşan Yaman qapıçı mövqeyində istedadını nümayiş etdirmişdir.
Klub karyerası
Beşikdaş Qəmzə Yaman futbol karyerasına Beşikdaş Gimnastika klubunun qadın futbol komandasında başlamışdır. Onun futbolçu lisenziyası 30 may 2015-ci ildə alınmışdır. Xanım futbolçunun debütu, Türkiyə Qadınlar Üçuncu Liqasının 2014–15 sezonunda baş tutmuşdur. Bu mövsümdə komanda çempion olaraq yeni mövsümdə Türkiyə Qadınlar İkinci Liqasına yüksəlmişdir. Daha sonra Yaman "Beşikdaş" ilə birlikdə Birinci Liqada çıxış etmiş və 2018–19 mövsümündə çempionluq sevinci yaşamışdır.
ALG 2019-cu ilin sentyabrında Yaman, Qaziantepi təmsil edən "ALG Spor" klubuna transfer edilmişdir. Burada bir mövsüm çıxış etmiş və doqquz oyunda meydana çıxmışdır. Diqqət çəkən məqam odur ki, qapıçı kimi oynadığı bu mövsümdə 1 qol da vurmuşdur. Bu, qapıçılar üçün nadir haldır.
Jitlobud 2020-ci ilin 21 sentyabrında Yaman Ukrayna klubu "Jitlobud Xarkov" klubu ilə müqavilə bağlamışdır və burada da iki il müddət ərzində oynamışdır. Xarkov təmsilçisi ilə UEFA Qadınlar Çempionlar Liqasının 2021/22 mövsümündə 9 oyunda meydanda olmuşdur.
Qalatasaray 3 mart 2022-ci ildə Yaman Qalatasaray futbol klubunun qadın komandasına transfer edilib. Burada o, əsas qapıçı kimi çıxış etmiş və komandanın Türkiyə Qadınlar Superliqası çempionluğunu qazandığı 2023–24 sezonunda komandanın əsas oyunçularından biri olmuşdur. O, həmçinin 2024–25 UEFA Çempionlar Liqası təsnifat mərhələsi və digər beynəlxalq matçlarda da iştirak etmişdir. 20 iyul 2025-ci ildə komandadan ayrılmış və "Qalatasaray" rəhbərliyi ona təşəkkür etmişdir.
Trabzonspor 2025-ci ilin sentyabrında Yaman Trabzonspor klubunun qadın komandasına transfer olunmuşdur. Futbolçu hal hazırda Türkiyə Super Liqasında çıxışını davam etdirir.
Milli komanda Qəmzə Nur Yaman 2016-cə ildə qadınlardan ibarət Türkiyə U-19 komandasına dəvət edilmişdir. Milli komandada ilk oyununu UEFA İnkişaf Turnirində 9 iyun 2016-cı ildə Sloveniyaya qarşı keçirmişdir. Qəmzə Yaman Qadınlardan ibarət Türkiyənin U-19 komandası ilə bu turnirin çempionu olmuşdur.
2018-ci ildə Yaman Türkiyə qadın millî futbol komandasına çağırılmış və debütünü 11 noyabr 2018-ci ildə Gürcüstana qarşı oynanan yoldaşlıq görüşündə etmişdir. O, millin əsas qapıçılarından biri olaraq, 2022-ci ildə baş tutmuş UEFA Qadınlar Avropa Çempionatının bir neçə təsnifat matçında oynamışdır.
Karyera Statistikası
KlubMövsümLiqaQitəMilliToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolBeşikdaş2014–15Üçüncu Liqa40––00402015–16İkinci liqa90––301202016–17Birinci Liqa30––50802017–18Birinci Liqa70––1101802018–19Birinci Liqa60––1070Toplam290––200490ALG2019–20Birinci Liqa91101002020–21Birinci Liqa00––1010Toplam91––20111Jitlobud-12020–21Ukrayna Qadınlar Liqası20––3050Qalatasaray2021–22Super Liqa50––20702022–23Super Liqa70––20902023–24Super Liqa200––402402024–25Super Liqa2001000300Toplam52010080700Trabzonspor2025–26Super Liqa30000030Karyerasında cəmi9511003301381
Uğurları
Klub Türkiyə Super Liqası
Qalatasaray Çempion (1): 2023–24
Türkiyə Birinci Liqası
Beşikdaş Çempion (1): 2018–19 İkinci yer (2): 2016–17, 2017–18
Türkiyə İkinci Liqası
Beşikdaş Çempion(1): 2015–16
Türkiyə Üçüncü Liqası
Beşikdaş Çempion (1): 2014–15
Milli komanda UEFA İnkişaf Turniri
Türkiyə U-19 Çempion (1): 2016
İstinadlar
Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Qadın futbol qapıçıları