Bayram İsa oğlu Hüseynov (19 mart 1919, Qaracallı, Cəbrayıl qəzası — 5 avqust 1995, Bakı) — Sovet ordusunun podpolkovnik, İkinci Dünya müharibəsi iştirakçısı. İki "Qırmızı Ulduz" ordeni kavaleri.
Həyatı Bayram Hüseynov 19 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Cəbrayıl qəzasının Qaracallı kəndində anadan olmuşdur. 1939-cu ildə Bakı şəhəri Caparidze rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.
Müharibə dövründə üç dəfə ağır yaralanmışdır (iyun 1941, dekabr 1941 və fevral 1945). Sonuncu yaralanmadan sonra 8 ay müddətində hospitalda müalicə olunmuşdur.
Ailəli olmuşdur. 1945-ci ildə tibb xidməti kapitanı Taisiya Pavlovna Yakutova ilə ailə həyatı qurmuşdur. Vladimir adlı bir oğlu olmuşdur.
Hərbi xidməti İkinci Dünya müharibəsi dövründə 323-cü atıcı diviziyanın 1086-cı və 1088-ci atıcı alaylarında, həmçinin 355-ci atıcı diviziyanın 1186-cı atıcı alayında xidmət etmişdir. Tabor komandiri vəzifəsini icra etmişdir. Bağration əməliyyatı və Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş, Varşava şəhərinin azad olunmasında fərqlənmişdir.
1943-cü ildə ali zabit heyəti üçün nəzərdə tutulmuş "Vıstrel" kurslarını bitirmişdir.
Xidmət müddətində batalyon komandiri vəzifəsinə qədər yüksəlmişdir.
Döyüşlərdə göstərdiyi rəşadətə görə iki dəfə Qırmızı Ulduz ordeni və müxtəlif medallarla təltif olunmuşdur.
Sonrakı fəaliyyəti Müharibə bitdikdən sonra hərbi xidmətini davam etdirmişdir. 1953–1962-ci illərdə hərbi komissar vəzifəsində çalışmışdır. 1962-ci ilin noyabr ayında podpolkovnik rütbəsində istefaya çıxmışdır. Ordudan tərxis olunduqdan sonra mülki fəaliyyətlə məşğul olmuşdur. 1974-cü ildən "Azneftekimyammontaj" trestində mənzil-kommunal idarəsinin rəisi vəzifəsində işləmişdir. "Azərbaycan SSR-in Kommunal təsərrüfatı əlaçısı" döş nişanı ilə təltif edilmişdir.
5 avqust 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Təltifləri Qırmızı Ulduz ordeni (iki dəfə) "Döyüş xidmətlərinə görə" medalı "Varşavanın azad edilməsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Qüsursuz xidmətə görə" medalı (SSRİ) "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Mənbə "Xalqın yaddaşı" (Pamyat Naroda) portalı — Bayram İsa oğlu Hüseynovun döyüş yolu və mükafatları barədə məlumatlar.
Kateqoriya:İkinci Dünya müharibəsinin iştirakçıları Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar