Leopoldina Kulka (; ) — Avstriyalı yazıçı, redaktor, jurnalist və qadın hüquqları uğrunda mübarizə aparan. Onun 'Neues Frauenleben' (Yeni Qadın Həyatı) jurnalının redaktoru kimi, 1915-ci ildə Haaqada keçirilən Qadınlar Konfransında müharibə edən ölkələrdən olan qadınlarla bir araya gəlməsi ziddiyyətli qarşılandı. Bu görüş sonradan 'Sülh və Azadlıq uğrunda Beynəlxalq Qadınlar Liqası'nın (WILPF) yaradılmasına yol açdı. Həyatı 300px|thumb|right|1915-ci il Beynəlxalq Qadınlar Konqresi. Soldan sağa: Lusi Tumayan (Ermənistan), 2. Leopoldina Kulka (Avstriya), 3. Laura Hyuz (Kanada), 4. Rozika Şvimmer (Macarıstan), 5. Anita Auqspurq (Almaniya), 6. Ceyn Addams (ABŞ), 7. Ejeni Hamer (Belçika), 8. Aletta Yakobs (Niderland), 9. Kristal Makmillan (Böyük Britaniya), 10. Roza Genoni (İtaliya), 11. Anna Kleman (İsveç), 12. Tora Dauqaard (Danimarka), 13. Luiza Keilhau (Norveç).

Leopoldina Kulka 1872-ci ildə Vyanada anadan olub. Otuz yaşına çatmazdan əvvəl Ümumavstriya Qadınlar Birliyinə qoşulub. O, həmçinin əsrin əvvəllərində sülh məsələləri ilə maraqlanmağa başladı və qadınlar üçün nəzərdə tutulmuş siyasi jurnallarda müntəzəm yazılar yazırdı. 1902-ci ildə Aqusta Fikkert "Neues Frauenleben" (Yeni Qadın Həyatı) adlı Avstriya jurnalını təsis etdi və onun ölümündən (1910) sonra Kulka, Kristin Tuallion və Emil Fikkertlə birlikdə jurnalın redaktoru oldu. 1904-cü ildə o, Adel Gerber ilə birlikdə Beynəlxalq Qadın Səsvermə Hüququ Alyansının yaradılmasına kömək etmək üçün Berlinə getdi.

1911-ci ildə o, Ümumavstriya Qadınlar Birliyinin vitse-prezidenti oldu. 1914-cü ildə Oliv Şraynerin "Qadın və Əmək" əsərinin alman dilinə tərcüməsinə kömək etdi. Cənubi afrikalı Şrayner iddia edirdi ki, qadınlar həyatın dəyərini kişilərdən daha çox anlayırlar.

Qadınların sülh konfransının əhəmiyyəti barədə gedən geniş müzakirələrə baxmayaraq, 1915-ci ildə nümayəndə olaraq məhz o seçildi. O, Haaqaya gedərək "Haaqa Qadınları" konfransında Avstriyanı təmsil etdi. Bu, Birinci Dünya müharibəsi dövrünə təsadüf etsə də, o, konfransa dəstək üçün 1000 imza toplamağa nail olub. O və Olqa Misar "Neues Frauenleben" jurnalı tərəfindən dəstəklənirdi. Qayıtdıqdan sonra hər ikisi jurnal üçün konfrans haqqında hesabatlar hazırladılar və bəzi nümayəndələrin konfransda iştirak edərkən qarşılaşdıqları çətinlikləri qeyd etdilər. Britaniya nümayəndə heyəti Xarici İşlər Nazirliyi tərəfindən 24 nəfərə qədər ixtisar edilmişdi və faktiki olaraq onlardan yalnız ikisi Haaqaya çata bilmişdi. İtaliya yalnız bir nümayəndə — Roza Genoni ilə təmsil olunurdu və o, öz ölkəsini təmsil etmədiyini xüsusilə vurğulayırdı. Laura Hyuz isə o dövrdə "Müstəmləkələr" adlandırılan Kanadanı təmsil etmək üçün gəlmişdi.

1917-ci ildə Kulka Ümumavstriya Qadınlar Birliyinin sülh bölməsinə rəhbərlik etdi. 1919-cu ildə müharibə bitdi və Kulka aclığın mənəviyyatı pozan təsirlərini təsvir edərkən Ceyn Addamsı və digər nümayəndələri dəhşətə gətirdi.

Kulka 1920-ci ilin yanvarında Vyanada vəfat edib.

İstinadlar

Xarici keçidlər

Literatur von und über Leopoldine Kulka im Katalog der Deutschen Nationalbibliothek Leopoldine Kulka in der Datenbank Frauen in Bewegung 1848–1938 der Österreichischen Nationalbibliothek

Kateqoriya:Alman dili Kateqoriya:Publisistlər Kateqoriya:Vyana Universitetinin müəllimləri Kateqoriya:Avstriya aktivistləri