Litva Respublikasının prezidenti — Litva Respublikasının dövlət başçısı, Litva Silahlı Qüvvələrinin Ali Baş Komandanı. Prezident Litva hökumətinin icraedici hakimiyyət orqanına rəhbərlik edir, onu formalaşdırır və ölkəni beynəlxalq səviyyədə təmsil edir. Litva vətəndaşları tərəfindən birbaşa seçkilər yolu ilə beş illik müddətə seçilir. Eyni şəxs ardıcıl olaraq yalnız iki müddət vəzifədə qala bilər.Lithuania presidential election explained

Hazırki prezident Qitanas Nauseda 12 iyul, 2019-cu il tarixində ümumxalq səsverməsi yolu ilə seçilmişdir.President Gitanas Nausėda

Meyarları Namizədlər seçilmək hüququna malik olmaq üçün Parlament üzvlüyü meyarlarına cavab verməklə yanaşı, seçkilərdə iştirak etmək üçün ən azı 40 yaşında olmalı və Litvada azı üç il yaşamalıdırlar. Konstitusiyanı və ya vəzifə andını pozduğuna görə impiçment yolu ilə vəzifədən kənarlaşdırılmış şəxs prezident seçilə bilməz.

Səlahiyyətləri Litva prezidenti qonşu Estoniya və Latviyadakı həmkarları ilə müqayisədə bir qədər geniş icraedici səlahiyyətlərə malikdir. Onun funksiyaları əsasən Fransa və Rumıniya prezidentlərinin funksiyalarına bənzəyir. Onlar kimi – lakin ABŞ kimi sırf prezident idarəetmə sisteminə malik ölkələrin prezidentlərindən fərqli olaraq – Litva Prezidenti əsasən xarici siyasət sahəsində aparıcı rol oynayır. Dövlət başçısı üçün səciyyəvi olan diplomatik səlahiyyətlərlə (xarici ölkə səfirlərinin etimadnamələrini qəbul etmək və beynəlxalq müqavilələri imzalamaq) yanaşı, Prezident Litvanın xarici siyasətinin əsas istiqamətlərini də müəyyən edir. Bundan əlavə, Prezident Litva Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. O, Dövlət Müdafiə Şurasına rəhbərlik edir və Silahlı qüvvələrin komandanını Seymin (Litvanın ali qanunverici orqanı) razılığı ilə təyin etmək səlahiyyətinə malikdir.

Litva Prezidenti həmçinin daxili siyasətdə mühüm rol oynayır. O, Seyma qanun layihələri təqdim etmək və onun qəbul etdiyi qanunlara veto qoymaq, Baş naziri təyin etmək və onun formalaşdırdığı hökuməti təsdiqləmək, eləcə də etimadsızlıq səsi verildiyi və ya Seym hökumətin büdcəsini altmış gün ərzində təsdiqləmədiyi təqdirdə Seymı buraxmaq və növbədənkənar seçkilər təyin etmək hüququna malikdir.

Nəhayət, Prezident Konstitusiya Məhkəməsi hakimlərinin üçdəbirini və Ali Məhkəmənin bütün hakimlərini Seym tərəfindən təyin edilmək üçün irəli sürməklə məhkəmə hakimiyyətinin səmərəli fəaliyyətini təmin edir, həmçinin digər bütün hakimləri birbaşa təyin etmək hüququna malikdir.

Seçkiləri Litva Respublikasının 1992-ci ildə qəbul edilmiş Konstitusiyasına əsasən, prezident dəyişdirilmiş iki mərhələli sistem üzrə beş illik müddətə seçilir. Birinci mərhələdə qalib gəlmək üçün namizəd səslərin mütləq əksəriyyətini toplamalı və eyni zamanda ya seçici fəallığını 50%-dan çox olmalı, ya da namizədin topladığı səslərin sayı qeydiyyatda olan seçicilərin ümumi sayının azı üçdə birinə bərabər olmalıdır. Əgər heç bir namizəd bu şərtləri yerinə yetirə bilməzsə, ən çox səs toplamış iki namizəd iki həftə sonra keçirilən ikinci mərhələdə mübarizə aparır. Prezident vəzifəsinin icrasına başladıqdan sonra hər hansı siyasi partiyadakı rəsmi üzvlüyünü dayandırmalıdır.

Prezident vəzifədə olarkən vəfat edərsə və ya vəzifəsini icra edə bilməyəcək vəziyyətdə olarsa, yeni prezident seçilənə qədər Seym sədri prezident vəzifəsini icra edir.

Prezidentlərin siyahısı

№ Portreti Adı Seçkiləri Vəzifəyə gəlməsi Vəzifədən ayrılması Mənsubiyyəti/qeydlər 1 Antanas Smetona 1919 4 Aprel 1919 19 İyun 1920 Litva Respublikasının ilk prezidenti. 2 Aleksandras Stulqinskis – 19 İyun 1920 21 Dekabr 1922 Müəssislər Məclisinin sədri Aleksandr Stulqinskis prezident vəzifəsini icra edirdi. 1922 21 Dekabr 1922 7 İyun 1926 3 Kazis Grinius 1926 7 İyun 1926 18 Dekabr 1926 Müharibələrarası dövrdə Litva Respublikasının demokratik yolla seçilmiş sonuncu prezidenti. Litvada 1926-cı ildə baş vermiş dövlət çevrilişindən sonra Yonas Stauqaytis və Aleksandras Stulqinskis 1926-cı il dekabrın 18-dən 19-dək prezident vəzifəsini icra ediblər. (1) Antanas Smetona 1926 19 Dekabr 1926 15 İyun 1940 1940-ci ildə Litvanın Sovet İttifaqı tərəfindən işğalına qədər dövlət başçısı kimi fəaliyyət göstərmiş, qeyri-demokratik yolla seçilmiş avtoritar lider. – Antanas Merkis – 15 İyun 1940 17 İyun 1940 Baş nazir Antanas Merkis prezident səlahiyyətlərini icra edirdi. – Yustas Paletskis – 17 İyun 1940 24 Avqust 1940 Sovetlər tərəfindən prezident vəzifəsinə təyin edilmişdir. Vəzifə bərpa olunandan sonra seçilən Prezidenlər – Vitautas Landsbergis – 11 Mart 1990 25 Noyabr 1992 Ali Şuranın sədri 4 Alqirdas Brazauskas – 25 Noyabr 1992 25 Fevral 1993 Seymin (Litvanın ali qanunverici orqanı) spikeri kimi prezident səlahiyyətlərini icra edirdi. 1993 25 Fevral 1993 25 Fevral 1998 Litva Respublikasının birbaşa seçilmiş ilk prezidenti. 5 Valdas Adamkus 1997-1998 26 Fevral 1998 26 Fevral 2003 6 Rolandas Paksas 2002-2003 26 Fevral 2003 6 Aprel 2004 İmpiçmentə məruz qaldı və vəzifəsindən kənarlaşdırıldı. – Arturas Paulauskas – 6 Aprel 2004 12 İyul 2004 Seymin spikeri olaraq prezident səlahiyyətlərini icra edirdi. (5) Valdas Adamkus 2004 12 İyul 2004 12 İyul 2009 7 Dalya Qribauskayte 20092014 12 İyul 2009 12 İyul 2019 Litvanın ilk qadın prezidenti. Yenidən seçilən ilk prezident oldu. 8 Qitanas Nauseda 20192024 12 İyul 2019 Hazırkı prezident

Parlament tərəfindən ölümündən sonra tanınıblar № Portreti Adı Seçilmiş Vəzifəyə başlaması Vəzifədən ayrılması Mənsubiyyəti/qeydlər – GeneralYonas Jemaytis – 16 Fevral 1949 26 Noyabr 1954 12 mart 2009-cu ildə Parlament tərəfindən ölümündən sonra Prezident səlahiyyətlərini icra edən şəxs kimi tanınıb. – PolkovnikAdolfas Ramanauskas – 26 Noyabr 1954 29 Noyabr 1957 20 noyabr 2018-ci ildə Parlament tərəfindən ölümündən sonra icraçı prezident kimi tanınıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ölkələrinə görə prezidentlər Kateqoriya:Litva Kateqoriya:Prezidentlər Kateqoriya:Litva prezidentləri