Ağaxan filmi rejissor Oqtay Əlizadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film xanəndə, muğam ustası, Azərbaycan Respublikasının Xalq Artisti Ağaxan Abdullayevin həyat və yaradıcılığından bəhs edir. Filmdə xanəndənin doğulub boya başa çatdığı yerlər göstərilir, özü həyatının ən maraqlı məqamlarını danışır.

Məzmun Film xanəndə, muğam ustası, Azərbaycan Respublikasının Xalq Artisti Ağaxan Abdullayevin həyat və yaradıcılığından bəhs edir. Filmdə xanəndənin doğulub boya başa çatdığı yerlər göstərilir, özü həyatının ən maraqlı məqamlarını danışır.

Xanəndə 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışmışdır. 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsü idi.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Camal Yusifzadə Rejissor: Oqtay Əlizadə Operator: Adil Abbasov

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2006-cı ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:2006-cı ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər