Vaqif Əziz oğlu Mustafazadə () — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti (1979). "Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin atasıdır.
Həyatı 230px|thumb|left|İçərişəhərdə Vaqif Mustafazadənin yaşadığı binanın fasadında barelyef thumbnail|300px|İçərişəhərdə yaşadığı bina 16 mart 1940-cı ildə Bakı şəhərində İçərişəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi.
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluq da elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edir.
1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olmuşdur.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə ad içərisindən Vaqif Mustafazadənin adı qalib kimi çəkilir. O, Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır.
Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi caz-muğam adlanır. O, Azərbaycan caz-muğam hərəkatının memarıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.Respublikanın yaradıcı işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1979-cu il tarixli Fərmanı — anl.az saytı
1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
O, 16 dekabr 1979-cu ildə Daşkənddə konsert zamanı səhnədə "Əzizəni gözləyərkən" kompozisiyanı ifa edərkən ürək tutmasından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.
Tərzi Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır. Onun həyat yoldaşı Elza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır.
Yaradıcılığı 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında "Qafqaz" adlı trio yaradır. 1970-ci ildə "Leyli" vokal kvartetini yaradır. 1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna başçılıq edir. 1977-ci ildən 1979-cu ilə kimi "Muğam" instrumental qrupuna başçılıq edərək "Tallin-66" və "Tbilisi-78" caz festivallarının laureatı olmuşdur. 1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birincilik mükafatı almışdır. 1979-cu ildə Azərbaycanın əməkdar artisti adına layiq görülmüşdür. 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. O, fortepiano konsertlərinin, "Muğam" simfoniyası və başqa fortepiano şedevrlərinin müəllifidir. Beynəlxalq nüfuzu və rəylər Vaqif Mustafazadənin yaradıcılığı dünyaşöhrətli musiqiçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Amerikalı caz tənqidçisi və "Jazz Time" verilişinin aparıcısı Willis Conover onu belə xarakterizə etmişdir:
Məşhur blüz ifaçısı B.B. King isə onun fortepianoda ifasını eşitdikdən sonra Mustafazadəyə olan heyranlığını bu sözlərlə ifadə etmişdir:
Sovet dövründə caz qadağaları 1940–1950-ci illərdə SSRİ-də caza qarşı tətbiq edilən rəsmi qadağalar dövründə Vaqif Mustafazadə bu janra olan marağından vaz keçməmişdir. O dövrdə caz vallarını əldə etmək çətin olduğu üçün o, gizli şəkildə BBC radiosuna qulaq asaraq eşitdiyi kompozisiyaları fortepianoda yenidən canlandırmış və öz fərdi üslubunu bu çətin şəraitdə formalaşdırmışdır.
Xatirəsi Vaqifi Mustafazadə haqqında "Caz əfsanəsi — Vaqif Mustafazadə" adlı sənədli film çəkilmişdir.Vahid, T. "Caz əfsanəsi — Vaqif Mustafazadə". Böyük musiqiçidən bəhs edən yeni sənədli film çəkilib //Mədəniyyət. — 2012.- 16 mart.- S. 11.
Ev-muzeyi thumb|Vaqif Mustafazadənin Yasamal qəbiristanlığındakı məzarı 1989-cu ildə ozamankı Mədəniyyət Naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev-muzeyi yaradılıb. Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olmuşdur. Ölümündən bir müddət əvvəl cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilmişdir. Həmin ildən etibarən muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyətə başlamışdır.
Muzeydə Vaqif Mustafazadənin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, plakatlar, disklər, sənədlər və şəxsi əşyalar daxil olmaqla, ümumilikdə 1241 eksponat nümayiş etdirilir. Üç otaqdan ibarət ekspozisiyanın sol küncündə isə Zivər xanıma məxsus olmuş, Vaqifin və qızı Əzizənin ilk pianinosu qorunub saxlanılır.
Həmçinin bax "Vaqifsayağı" Caz festivalı
Mənbə Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007. səh.159
İstinadlar
Xarici keçidlər 20px|link=YouTube Mənim tanıdığım Vaqif Vaqif Mustafazadəyə həsr olunmuş səhifə Vaqif Mustafazadə haqqında məqalə (Azerbaijan International) Azerimusic.net — Vaqif Mustafazadə Musicday.az — Vaqif Mustafazadə Vaqif Mustafazadə. Jazz Compositions Vaqif Mustafazadə. Nərgiz Əhmədqızı, Kəpəz TV, 16.12.2013 Səda — Vaqif Mustafazadənin doğum günüdür (16.03.2016) Гением его называли еще при жизни Vaqif Mustafazadə 1974-cü ildə Dövlət Radiosunun "Sabahınız xeyir" verilişində
Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan caz pianoçuları Kateqoriya:Azərbaycan cazmenləri Kateqoriya:Azərbaycanlı bəstəkarlar Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:İçərişəhərdə_doğulanlar Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:SSRİ bəstəkarları