Georgi Avetisiğar KeçaariGeorgi Keçaari. "Udilərdə ənənəvi toy mərasimləri" , Gəncə, "AGAH" nəşriyyatı, 2003. (Jora Keçaari. Nana Oččal. Baku, 1996 ) — Udi əsilli Azərbaycan yazıçısı.
Udi Milli Mədəniyyət Mərkəzi "Orayin"in yaradıcısı və 1991–2006-cı illər aralığında rəhbəri olub.
Həyatı 1930-cu ildə Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Nic kəndində anadan olub. 1938-ci ildə həmin kənddə yerləşən 1 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1946-cı ildə həmin məktəbi bitirmişdir. 1946–1952-ci illər arasında Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsilini bitirdikdən sonra 1952–1957-ci illər aralığında Qutqaşen rayonu Mıxlıqovaq kəndində məktəb direktoru işləmişdir. 1952-ci ildən ehtibarən Nic 1 saylı orta məktəbində müəllim və müdir mavini olaraq çalışıb.
1991-ci ildə Udi Milli Mədəniyyət Mərkəzi "Orayin"i () yaratmışdır. Bir sıra tərcümə və kitabların müəllifidir.
8 sentyabr 2006-cı ildə vəfat etmişdir. Nic qəsəbəsində "Kala Gərəmzux"da () dəfn olunub.
Kitabları 1996-cı ildə "Nana Oçal" () kitabı udincə işıq üzü görür. 2001-ci ildə "Orayin" kitabı yüksək tirajla çap olunur. 2003-cü ildə "Buruxmux" (), "Udilərin ənənəvi toy mərasimləri", "Udilərin ənənəvi yas mərasimləri", "Yaddaşlarda yaşayanlar", rusca "Şunurok" və "Udi nağılları və lətifələri" kitabları çap edilmişdir. 2004-cü ildə Udi dili 1, 2, 3-cü siniflər üçün dərsliklər çap edilmişdi. Georgi Keçaari uzun illər "Bibliya"nın udi dilinə tərcüməsində çalışmışdı.
Siyahı "Nana oçal" (; ) — Udi dili haqqında müxtəlif müəlliflərin yazılarının udicə nəşri (Bakı, Azərnəşr, 1996) İ. Aydınovla birgə "Əlifba" () — orta məktəblər üçün əlifba dərsliyi (Bakı, "Maarif", 1996) "Orayin" () — udi folklor nümunələri (nağıllar, hekayələr, atalar sözü və lətifələr) toplusu (Bakı, Azərnəşr, 2001) "Ocaq başında rəqs" — Azərbaycan dilində Udi folklor nümunələri (Gəncə, "AGAH" nəşriyyatı, 2002) "Buruxmux" () — müəllifin işləri və 150-dən çox Azərbaycan ədəbiyyatı nümunəsinin tərcüməsi (Gəncə, "AGAH" nəşriyyatı, 2003) "Udilərdə ənənəvi toy mərasimləri" () — Azərbaycan və ingilis dillərində (Gəncə, "AGAH" nəşriyyatı, 2003) "Şnurok" (; ) — Rus dilində udi xalq məzəli hekayələri (Gəncə, "AGAH" nəşriyyatı, 2003) "Udilərdə ənənəvi yas mərasimləri" () — Azərbaycan və ingilis dillərində (Gəncə, "AGAH" nəşriyyatı, 2004)
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Qəbələdə doğulanlar Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Azərbaycan dilində yazan yazıçılar Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Udinlər Kateqoriya:XX əsr tərcüməçiləri